Erməni qadın Paşinyandan ölən oğlunu tələb etdi

 Erməni qadın Paşinyandan ölən oğlunu tələb etdi
  19 Dekabr 2020    Oxunub:2394
Bu gün Ermənistan hökumətinin təşkil etdiyi anım yürüşündə insident yaşanıb.
Azvision.az xəbər verir ki, baş nazir Nikol Paşinyanla dialoqa girən bir qadın ağlayaraq övladının müharibədə öldürülməsindən gileylənib.

Oğlunun müharibədən salamat qayıtmamasından yandığını deyən qadın Paşinyana bunları söyləyib:

“Nikol, öləcəksənmi? Sən mənim övladımı əlimdən aldın. Mənim evim dağıldı. Növbəti dəfə məni Davitaşen körpüsünün üstündə görəcəksən. Mənim oğlum da indi səninki kimi burada olmalı idi. Amma o torpağın altında yatır...”

Bu sözləri eşidən baş nazir erməni qadına yaxınlaşaraq onu qucaqlayıb və onun əlaqə nömrəsini alıb. Bundan sonra oğlu haqqında danışan qadın bildirib ki, siyasətə qarışmır:

"Amma o mənim yeganə övladım, kralım idi. Həyatım artıq mənasız hala gəlib".

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Erməni-qadın   Yürüş  





Xəbər lenti