Fransada model agenti təcavüzdə ittiham olunur

Fransada model agenti təcavüzdə ittiham olunur
  19 Dekabr 2020    Oxunub:1144
Fransada model agenti Jan-Lyuk-Bryunelə qarşı yetkinlik yaşına çatmayanlara təcavüz və cinsi zorakılıq ittihamları irəli sürülüb.
Azvision.az xəbər verir ki, bu barədə “ Le Parisien” nəşri məlumat yayıb. Qeyd olunub ki, ittihamlar amerikalı maliyyəçi Cefri Epşteynin işi ilə bağlı aparılan araşdırmalar nəticəsində irəli sürülüb.

Cinsi təcavüz ittihamları gənc fransız qadının 2019-cu ilin oktyabrında verdiyi şikayətlə əlaqəli olaraq qaldırılıb. Lakin, ikinci ittiham yeni faktlarla əlaqədardır.

Nəşr qeyd edir ki, Fransa prokurorluğu 2019-cu ilin yayında ABŞ-da yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə günahlandırılan Epşteynin evində tapılan dəftərlərdən çıxarışların Amerika mediasında yayımlanmasından sonra istintaqa başlayıb.

Azvision.az


Teqlər: Fransa  





Xəbər lenti