CAR-da koronavirusun yeni növü aşkarlanıb

   CAR-da koronavirusun yeni növü aşkarlanıb
  19 Dekabr 2020    Oxunub:1245
Dekabr ayında Cənubi Afrika Respublikasında pandemiyanın ikinci dalğasının başlamasına səbəb koronavirusun yeni növü olub.
Azvision.az xəbər verir ki, bunu CAR-ın Səhiyyə naziri Zvelini Mkize deyib.

“Pandemiyanın ikinci dalğası koronavirusun yeni növündən baş verdi. Buna dair güclü elmi dəlillərimiz var. Yeni növ infeksiya Şərqi Keyp bölgəsindəki Nelson Mandela vilayətindən yayılmağa başlayıb. Daha sonra virus ölkənin qərbində yayılmağa başlayıb” deyə, nazir bildirib.

Azvision.az


Teqlər: CAR   Koronavirus  





Xəbər lenti