Rusiyada koronavirusdan ölənlərin sayı 50 mini ötüb

   Rusiyada koronavirusdan ölənlərin sayı 50 mini ötüb
  19 Dekabr 2020    Oxunub:1467
Rusiyada son bir gündə daha 28 209 nəfərə COVID-19 diaqnozu qoyulub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 819 429 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 585 nəfər artaraq 50 347-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 254 742 nəfər sağalıb.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti