Türkiyədə xəstəxanada yanğın: 8 koronaviruslu xəstə öldü

 Türkiyədə xəstəxanada yanğın:    8 koronaviruslu xəstə öldü
  19 Dekabr 2020    Oxunub:2197
Türkiyənin cənub-şərqindəki Qaziantep SANKO Universitetinin xəstəxanasında koronavirus xəstələrinin olduğu Reanimasiya şöbəsində yanğın baş verib.
Azvision.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Qeyd olunub ki, yanğına səbəb oksigen təchizatı sisteminin sıradan çıxması nəticəsində balonun partlaması olub. Nəticədə səkkiz nəfər ölüb.

Belə ki, yeddi xəstə hadisə yerində, biri isə başqa xəstəxanaya aparılarkən yolda ölüb. Şöbədə müalicə alan daha 14 xəstə təxliyə olunaraq digər klinikalara köçürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Türkiyə   Xəstəxana  





Xəbər lenti