Pompeo Çini ÜST-ə mane olmaqda günahlandırır

Pompeo Çini ÜST-ə mane olmaqda günahlandırır
  19 Dekabr 2020    Oxunub:1274
“Çin Kommunist Partiyası virusla bağlı yanlış məlumat yaymağa davam edir və ÜST-ün virusun mənşəyi və yayılması ilə bağlı araşdırmasına müdaxilə edir".
Azvision.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib. O, Çini ÜST-ün işinə mane olmaqda və ölkədə hazırlanan peyvəndlərin effektivliyinin təsdiqlənməməsində günahlandırıb. Pompeonun sözlərinə görə, Çin təhlükəsizliyə və effektivliyə əsaslanmayan peyvəndləri təbliğ edir.

"Çin öz vətəndaşlarını və bütün dünyanı təhlükə altına qoyur".

Dövlət katibi virusun ABŞ, Almaniya və İngiltərə kimi azad ölkələr tərəfindən məhv ediləcəyini bildirib.

Azvision.az





Teqlər: Çin   ABŞ   virus  





Xəbər lenti