Ermənistanda koronavirusa yoluxma sayı 144 mini ötdü

Ermənistanda koronavirusa yoluxma sayı 144 mini ötdü
  09 Dekabr 2020    Oxunub:1202
Ermənistanda son sutka ərzində daha 1138 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 144 066 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 21 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2393-yə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 601 nəfərdir. Aktiv xəstələr isə 20 540 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti