İranlı alimin qətlinə görə saxlanılanlar var

İranlı alimin qətlinə görə saxlanılanlar var
  09 Dekabr 2020    Oxunub:1614
Nüvə sahəsi üzrə tanınmış iranlı alim Möhsün Fəxrizadənin qətli ilə bağlı bir neçə nəfər saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə İranın parlament sədrinin köməkçisi Hüseyn Əmir Abdollahian bildirib.

Onun sözlərinə görə, qətlin həyata keçirilməsində iştirak edən şəxslər ədalətdən qaça bilməyəcəklər.

Qeyd edək ki, noyabrın 27-də Möhsün Fəxrizadə Tehran əyalətinin Damovənd şəhərində sui-qəsd nəticəsində qətlə yetirilib.

Azvision.az



Teqlər: İran   Alim   Qətl  





Xəbər lenti