AKP rəsmisi: “Fransa tərəfsizliyini itirdi”

AKP rəsmisi: “Fransa tərəfsizliyini itirdi”
  09 Dekabr 2020    Oxunub:2269
Fransa parlamentinin Dağlıq Qarabağla bağlı qərarı hüquqi baxımdan təsirsizdir. Fransa bununla tərəfsiz olduğunu itirdi.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

Azərbaycanın işğal altındakı torpaqlarını azad etdiyini və Fransanın fəaliyyətinin hüquq çərçivəsində olmasının vacibliyini ifadə edən AKP sözçüsü bildirib: “Fransadan bu günə qədər Ermənistanın işğal altındakı bölgələrdən çəkilməsinə dair açıqlama eşitmədik”.

Fransa prezidentinin bəzi dövlətləri Türkiyəyə qarşı qaldırmağa çalışdığını diqqətə çatdıran AKP rəsmisinin sözlərinə görə, belə radikal yanaşma tarixi ənənələri olan dövlətə yaraşmır.

Azvision.az


Teqlər: ÖmərÇelik  





Xəbər lenti