Bakıda iki yük maşını toqquşdu: Ölən var

Bakıda iki yük maşını toqquşdu:    Ölən var
  01 Dekabr 2020    Oxunub:1647
Bakı şəhərinin Qaradağ rayonunda “İsuzu” və “Kamaz” markalı iki yük avtomobili toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “İsuzu” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan 1995-ci il təvəllüdlü Qədirov Əhməd Səməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti