“Bərdə” gəmi-bərəsi təmir olunub

“Bərdə” gəmi-bərəsi təmir olunub
  30 Noyabr 2020    Oxunub:2754
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Bərdə” gəmi-bərəsinin təmiri yekunlaşıb. Təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.
ASCO-dan Azvision.az -a verilən məlumata görə, gəmi üzrə gövdə-qaynaq, boru-quraşdırma, elektrik işləri yerinə yetirilib, buxar qazanı, sukeçirməyən qapılar təmir olunub. Bundan başqa, göyərtə kranlarının mexaniki və elektrik hissələri, lokomativ-avtovazlar sazlanıb.

Bərənin suüstü hissəsi və vaqon göyərtəsi təmizlənərək iki qat rənglənib. Həmçinin, divan və stullar təmir olunaraq üzlənib.

Sınaq üzməsindən uğurla çıxan gəmi-bərə artıq istismara da qaytarılıb.

Qeyd edək ki, uzunluğu 154,5 metr, eni isə 17 metr olan gəminin maksimal sürəti 13,9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.

Azvision.az


Teqlər: Bərdə   Gəmi   Bərə  





Xəbər lenti