İndoneziyada Azərbaycana dəstək aksiyası keçirildi

İndoneziyada Azərbaycana dəstək aksiyası keçirildi
  17 Noyabr 2020    Oxunub:2472
İndoneziyada Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərə və aqressiv siyasətinə etiraz olaraq aksiya keçirilib.
İndoneziya Milli Gənclər Şurasının Azərbaycan üzrə koordinatoru, beynəlxalq münasibətlər üzrə ekspert Elmar İskəndərov Azvision.az -a bildirib ki, aksiya İndoneziyanın paytaxtı Cakartada yerləşən Ermənistan səfirliyi qarşısında baş tutub.

“Aksiya Azərbaycana dəstək və həmrəylik xarakteri daşıyır. Aksiyanı İndoneziyanın İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu və İndoneziya Milli Gənclər şurasının sədri Tan Taufiq Lubis təşkil edib. Burada iştirak edən indoneziyalı gənclər Azərbaycanın haqq işini dəstəklədiklərini, Dağlıq Qarabağın hər zaman Azərbaycana məxsus olduğunu bildiriblər və Ermənistan qoşunlarından Qarabağ ərazisini dərhal, heç bir provokasiya olmadan tərk etməyini, revanşizm hərəkətlərindən əl çəkməyini tələb ediblər. Bundan əlavə təşkilatın üzvləri şəhid olmuş azərbaycanlılar üçün namaz qılıb, dualar ediblər”.



Tural Tağıyev
Azvision.az


Teqlər: İndoneziya  





Xəbər lenti