Ermənilər Arutyunyanın obyektini yandırdılar

 Ermənilər Arutyunyanın obyektini yandırdılar
  17 Noyabr 2020    Oxunub:2827
Ermənistanda artan narazılıq, xalqın hakimiyyətə aqressiyası hər ötən gün daha da genişlənir.
Azvision.az xəbər verir ki, Qarabağdan olan ermənilər də iqtidarla yanaşı separatçıların liderinə etirazlarını bildirirlər:

“Hələ də Ermənistanın siyasi rəhbərliyinə qarşı etirazlar davam edir və “Artsax”da (Qarabağ-red.) müharibə nəticəsində yaxınlarını, evlərini itirən mülki şəxslərin sərt addımlar atdıqları barədə bizə məlumatlar gəlir. Belə ki, bu yaxınlarda Hadrutdan olan bir nəfər, Arayik Arutyunyana məxsus mağazalardan birinin şüşələrini qıraraq içəri girib və obyekti benzin tökərək yandırıb. O, dükanı yandırdıqdan sonra meydanın mərkəzində dayanaraq Arutyunyanı söyüb", - deyə "Hraparak" qəzeti yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl erməni mətbuatı Arutyunanın döyülməsi xəbərini yaymışdı. Məlumata görə, Arayik kapitulyasiya ilə bağlı xəbəri elan edəndə generallardan biri hislərini cilovlaya bilməyərək separatçı liderə yumruq zərbəsi endirib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Arutyunyan   Hadrut  





Xəbər lenti