Moskvada COVID-19-dan ölüm sayı 8 minə çatır

Moskvada COVID-19-dan ölüm sayı 8 minə çatır
  17 Noyabr 2020    Oxunub:1361
Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı artıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 74 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib. Ümumilikdə paytaxtda koronavirusdan ölənlərin sayı 7933 nəfərə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 516,6 min nəfərdə yoluxma aşkarlanıb, 371,9 min xəstə sağalıb.

Azvision.az


Teqlər: Moskva   Koronavirus  





Xəbər lenti