Ermənistan ordusunda kütləvi həbslərə başlanıldı
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin İtkin düşmüş və əsir götürülmüş şəxslər komitəsinin sədri, polkovnik Vitali Voskanyan deyib.
"Hərbçilərin əsassız ölümünə səbəb olan hərəkətlərdə iştirak edən hər kəs qanunun bütün sərtliyi ilə cəzalandırılacaq. Artıq həbs olunanlar var".
Onun sözlərinə görə, Cəbrayıl istiqamətindəki hərbi hissə zabitlərinə qarşı cinayət işi başlanıb, bununla bağlı kifayət qədər dəlil toplanıb: "Topladığımız bütün materiallar İstintaq Komitəsinə göndəriləcək".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Hərbçi Cinayət-işi