İran səfirliyindən Şuşa təbriki

 İran səfirliyindən Şuşa təbriki
  09 Noyabr 2020    Oxunub:1898
İranın Bakdakı səfirliyi Şuşanın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin “Tvitter” səhifəsində paylaşım edilib.

“Azərbaycan xalqını tarixi və mədəni irsi olan Şuşa şəhərinin azad olunması münasibəti ilə təbrik edirik. İnşallah tezliklə tarixi Şuşa məscidindən ucalan azan səsi bütün müsəlmanları və region xalqlarının ruhunu vəcdə gətirər".

Qeyd edilib ki, İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei 3 noyabr tarixində etdiyi çıxışında Ermənistan tərəfindən işğal olunan bütün torpaqların Azərbaycana qaytarılmasını bildirib: "İşğal olunmuş ərazilərini azad etmək Azərbaycanın haqqıdır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Şuşa  





Xəbər lenti