ABŞ-da seçkilər: Bayden Trampı üstələyir

    ABŞ-da seçkilər:    Bayden Trampı üstələyir
  05 Noyabr 2020    Oxunub:2321
ABŞ-da keçirilən prezident seçkilərində Cozef Bayden Ağ evin hazırkı rəhbəri Donald Trampı 50 seçkiçi səsi ilə üstələyir.
“Fox News” telekanalının son məlumatına görə, Bayden 264, Tramp isə 214 səs yığıb.

Əgər Corciya ştatında respublikaçılar uduzarsa, Donald Trampın seçki qərargahı səslərin yenidən sayılmasını tələb edəcək. Həmin ştatda bülletenlərin 98 faizi hesablanıb. Belə ki, Tramp seçicilərin 49,7 faizinin, Bayden 49,1 faizinin səsini toplayıb. Respublikaçılar burada əvvəlcə daha çox üstünlüyə malik idi.

Qey edək ki, Corciya ştatında qalibiyyət namizədin prezident seçilməsi üçün zəruri olan 270 seçkiçi səsindən 16-nı qazandıracaq.

Azvision.az


Teqlər: ABŞ   Seçki  





Xəbər lenti