Bəhreyn turistlər üçün karantini ləğv etdi

Bəhreyn turistlər üçün karantini ləğv etdi
  24 Avqust 2020    Oxunub:2353
Bəhreyn hakimiyyəti ölkəyə gələn bütün xarici vətəndaşlar üçün məcburi 10 günlük karantini ləğv edib.
Azvision.az xəbər verir ki, məcburi izolyasiyadan imtinanın səbəbi az sayda koronavirusa yoluxmanın olmasıdır.

Belə ki, 1 iyul 2020-ci il tarixdən 16 avqusta qədər COVID-19 yalnız 0,2 faizdə aşkar edilib.

Ancaq ölkəni ziyarət etmək üçün iki pullu COVID-19 testi vermək lazımdır: birincisi - ölkəyə gəldikdən dərhal sonra, hava limanında, ikincisi – qonaq qısa müddətli gəlməyibsə, 10 gün ərzində test verməlidir.

Testlərin dəyəri 60 Bəhreyn dinarıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Bəhreyn  





Xəbər lenti