Vyanada Ermənistana qarşı etiraz aksiyası keçirildi

  Vyanada Ermənistana qarşı etiraz aksiyası keçirildi
  18 İyul 2020    Oxunub:6625
Avstriyanın paytaxtı Vyana şəhərində Ermənistanın hərbi təxribatlarına etiraz əlaməti olaraq böyük aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, "Azeri-DER" Kültür və İş Adamları Dərnəyinin təşkilatçılığı ilə Vyana operasının önündə baş tutan etiraz aksiyasında Azərbaycan və türk diasporunun təmsilçiləri, tanımış iş adamları, bu ölkədə təhsil alan tələbələrimiz iştirak ediblər.

Əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını, alman və ingilis dillərində yazılmış "Erməni təcavüzünə son!", "Qarabağ Azərbaycanındır!" şüarları tutan mitinq iştirakçıları Azərbaycanın dövlət himnini ifa ediblər.

"Azeri-DER"in rəhbəri Yardım Günəş çıxış edərək bildirib ki, Azərbaycanın əzəli torpaqlarını işğal edən Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışıblar.

Azvision.az


Teqlər: Vyana   Etiraz   Aksiya  





Xəbər lenti