Belarusda virusa yoluxma sayı 171 nəfər artdı

Belarusda virusa yoluxma sayı 171 nəfər artdı
  18 İyul 2020    Oxunub:4157
Belarusda son sutka ərzində daha 171 nəfər koronavirusa yoluxub, 4 ölüm faktı qeydə alınıb.
Azvision.az Belarusun Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 65 953 nəfərə çatıb.

İnfeksiyadan ölənlərin ümumi sayı 495 nəfərdir. İndiyədək COVID-19 diaqnozu qoyulmuş 57 856 xəstə sağalıb.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin koronavirusa qalib gəldiyini, lakin mübarizənin əvvəlki templə davam edəcəyini deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus   Koronavirus   Pandemiya  





Xəbər lenti