Zakir Həsənov Şoyquya zəng etdi - YENİLƏNİB

 Zakir Həsənov Şoyquya zəng etdi -  YENİLƏNİB
  18 İyul 2020    Oxunub:10320
İyulun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təşəbbüsü ilə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı olub.
Bu barədə Azvision.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı tərəflər iki ölkə arasında dostluğa, qarşılıqlı etimada və mehriban qonşuluq münasibətlərinə əsaslanan əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd ediblər. Nazirlər ölkələrimizin hərbi sahədə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edərək, hərbi və hərbi-texniki əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

Nazirlər həmçinin, regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.

Telefon danışığı əsnasında Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu generel-polkovnik Zakir Həsənova Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığının qəfil yoxlamaları tədbirləri haqqında məlumat verib.

Sergey Şoyqu bu tədbirlərin əvvəlcədən planlaşdırıldığını və heç bir halda Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı olmadığını vurğulayıb.

***
(14:10)

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu şənbə günü azərbaycanlı həmkarı Zakir Həsənovla telefon danışığı aparıb.

Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə hərbi-diplomatik mənbə məlumat verib. Bildirilib ki, telefon danışığında hərbi sahədə qarşılıqlı münasibətlər və əməkdaşlıqla bağlı müxtəlif məsələlər müzakirə olunub.

Bundan əlavə, Sergey Şoyqu Zakir Həsənova cümə günü başlayan qoşunların döyüş hazırlığının qəfil yoxlanılması barədə məlumat verib.

"Rusiya Müdafiə naziri bu tədbirin planlı bir hadisə olduğunu və Azərbaycan-Ermənistan sərhədindəki mövcud vəziyyətlə heç bir əlaqəsinin olmadığını vurğulayıb", - deyə məlumatda qeyd olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: SergeyŞoyqu   ZakirHəsənov  





Xəbər lenti