Taxıl sahələrinin 83,4 faizində biçin başa çatıb

Taxıl sahələrinin 83,4 faizində biçin başa çatıb
  10 İyul 2020    Oxunub:3715
Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, İyunun 10-na olan operativ məlumata görə, ölkə üzrə taxıl sahələrinin 83,4 faizində biçin başa çatıb. Biçin aparılmış 847806,6 hektar sahədən 2,66 milyon tondan çox məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 31,5 sentner təşkil edir.

Hazırda biçin əsasən dağətəyi və dağlıq ərazilərdə aparılır. Biçin prosesinə 804 kombayn cəlb olunub. Bunlardan 216 kombayn "Aqrolizinq" ASC-nin biçin zonasındakı aqroservislərinin balansında olan kombaynlardır. Bundan başqa "Aqrolizinq" ASC tərəfindən digər bölgələrdən biçin zonasına əlavə 124 kombayn dislokasiya edilib. Biçində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 464 kombayn da iştirak edir.

Bu günədək "Aqrolizinq" ASC-nin kombaynların tərəfindən 266995 hektar sahədə biçin həyata keçirilib. Biçin prosesi davam edir.

Azvision.az


Teqlər: KTN   Taxıl  





Xəbər lenti