Hollivudda koronavirus haqqında film çəkiləcək

Hollivudda koronavirus haqqında film çəkiləcək
  27 İyun 2020    Oxunub:2859
Hollivudda COVID-19 virusunun Çində yayılmasına dair film çəkiləcək.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, “SK Global Entertainment” şirkəti artıq yeni filmlə bağlı işlərə başlayıb.

Filmin sujeti Çində koronavirusun yayılmasının ilk həftəsi və bəlli olmayan ölümcül virusla mübarizə aparan həkimlərin işinə həsr olunacaq.

“Virusun mağazadan yarasalarla Uhana düşməsi uzun müddət cavabı bəlli olmayan sualdır. Film isə pandemiya barədə trillerdən daha çox tibbi dram olacaq", - deyə filmin ssenaristi Çarlz Rendolf bildirib.

Təsisçilər 2021-ci ildən çəkilişlərə başlamaq niyyətindədir, lakin bunun üçün hökumətin razılığı lazımdır. Rendolf bildirib ki, filmdə çinli həkim və tibb bacılarının qeyri-müəyyən xəstəliklə mübarizəsinə diqqət çəkmək istəyir.

Azvision.az


Teqlər: Hollivud   Koronavirus   Film  





Xəbər lenti