“Koronavirus Qarabağ danışıqlarına əhəmiyyətli təsir göstərib” - Mnatsakanyan

 “Koronavirus Qarabağ danışıqlarına əhəmiyyətli təsir göstərib” -  Mnatsakanyan
  11 İyun 2020    Oxunub:3609
Koronavirus pandemiyası Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərib.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib. Onun sözlərinə görə, tərəflər Qarabağla əlaqədar danışıqlar çərçivəsində əsaslı işlərin bərpa olunması üçün şəraitin yaradılmasını gözləyirlər.
Mnatsakanyan koronavirus fonunda xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə bir dəfə videokonfrans keçirildiyini, bundan əlavə, Minsk qrupu həmsədrləri ilə daim əlaqə saxladığını vurğulayıb.

"Məzmunlu işi davam etdirmək, görüş keçirmək, müntəzəm fəaliyyət üçün lazımi şəraitin yaradılmasını gözləmək lazımdır", - deyə Mnatsakanyan bildirib.

XİN başçısı əlavə edib ki, bu şərtlərdə ən başlıca məqam münaqişənin kəskinləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməkdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ZöhrabMnatsakanyan  





Xəbər lenti