"COVİD-19"a yoluxanların sayı 1,9 milyonu keçdi

 "COVİD-19"a yoluxanların sayı 1,9 milyonu keçdi
  14 Aprel 2020    Oxunub:3686
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 1 milyon 911 min 599 nəfərə çatıb.

Azvision.az Worldometers-ə istinadən xəbər verir ki, son sutka ərzində 59 min 342 yeni yoluxma faktı aşkarlanıb. Hazırda virusdan ölənlərin sayı 118 min 669 nəfərdir.
İndiyədək 441 min 232 nəfər xəstəlikdən sağalıb. Ən çox yoluxma (579,045) və ölüm (23,238) faktı ABŞ-da qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda 210 ölkədə virusun olduğu təsdiqlənib.

Azvision.az


Teqlər: Koronavirus   Statistika   Dünya  





Xəbər lenti