İranda bir gündə 1617 nəfər virusa yoluxdu

   İranda bir gündə 1617 nəfər virusa yoluxdu
  13 Aprel 2020    Oxunub:2506
İranda son 24 saat ərzində koronavirusdan 111 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Kianuş Cahanpur deyib. Onun sözlərinə görə, ölkədə ümumi yoluxma sayı 73 min 303 nəfərə çatıb.

Hazırda pamdemiya qurbanlarının sayı 4585 nəfərdir. Sutka ərzində 1617 yeni yoluxma qeydə alınıb:

"3 77 nəfər koronavirus xəstəsi ağır vəziyyətdədir. Yoluxanlardan 45 min 983 xəstə sağalıb", - deyə K.Cahanpur bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İran  





Xəbər lenti