TÜRKPA-ya sədrlik Azərbaycana keçdi - FOTOLAR
Azərbaycan torpaqlarının bir hissəsinin hələ də işğal altında qalmasını təəssüflə xatırladan Mustafa Şentop bu məsələdə Türkiyənin Azərbaycanın yanında olduğunu qeyd edib.
Milli Məclisin Sədri Oqtay Əsədov TÜRKPA-ya sədrliyi dövründəki uğurlu fəaliyyətinə görə Türkiyə parlamentinə təşəkkür edib. Bildirib ki, TÜRKPA nüfuzlu parlament təşkilatına çevrilib. Ötən illərdə başlanmış bütün işlər davam etdiriləcək.
Təşkilatın beynəlxalq əlaqələrinin inkişafı yenə də diqqət mərkəzində olacaq. TÜRKPA-nın müşahidə missiyasının fəaliyyəti növbəti bir ildə də diqqətdə saxlanılacaq. Sədr əminliyini bildirib ki, TÜRKPA qarşıda duran bütün məsələləri uğurla icra edəcək.
İclasda TÜRKPA-ya sədrlik Türkiyədən Azərbaycana keçib.
Azvision.az
Teqlər: TÜRKPA