2019-cu ildə tarixə düşən ilklər - VİDEO+FOTOLAR

 2019-cu ildə tarixə düşən ilklər -  VİDEO+FOTOLAR
  17 Dekabr 2019    Oxunub:10405
Başa vurmağa hazırlaşdığımız 2019-cu ildə dünyada bir çox önəmli hadisələr baş verib. Bu il yeniliklərlə yanaşı, bir sıra ilklərlə də yadda qalacaq.

Azvision.az oxucuların marağını nəzərə alaraq, tarixdə ilk dəfə bu il ərzində baş vermiş hadisələrin xronikasını təqdim edir:


1 fevral - Qətər millisi tarixində ilk dəfə Birləşmiş Ərəb Əmirliklərində keçirilən futbol üzrə Asiya Kubokunun qalibi olub. Final görüşündə Yaponiya seçməsini 3:1 hesabı ilə məğlub edən Qətər yığması bununla ilk beynəlxalq mükafatını qazanıb.



21 fevral - Son 38 il ərzində nəsli tükəndiyi deyilən dünyanın ən böyük Uollesin arısına (Megachile pluto) İndoneziyanın Molukkas adasında rast gəlinib. Uzunluğu 3,8 santimetr olan arının qanadları 6,5 santimetrdir.



15 Mart - “Soyuz MS-12” kosmik gəmisi Qazaxıstanın Boykonur kosmodromundan Beynəlxalq Kosmik Stansiyaya yola düşüb. Bununla da tarixdə ilk dəfə 2 qadın Beynəlxalq Kosmik Stansiyada fəaliyyətə başlayıb.



30 mart – Slovakiyada keçirilən prezident seçkilərinin ikinci turunda Mütərəqqi Slovakiya Partiyasının sədri Zuzana Kaputova seçicilərin 58.41 faizinin səsini toplayaraq ölkənin ilk qadın prezidenti seçilib. 45 yaşlı Kaputova siyasi təcrübəsinin az olmasına baxmayaraq, Avropa Komissiyasının vitse-prezidenti Maros Şevçoviçə qalib gəlməyi bacarıb.



14 avqust - 2019-cu il UEFA Super Kubokunun finalını idarə edən fransalı Stefani Frappar UEFA-nın keçirdiyi kişilərdən ibarət matçın finalına təyinat alan ilk qadın hakim kimi tarixə düşüb. Onun həmyerlisi Kleman Tyurpen isə superkuboklar tarixindəki ilk video köməkçi hakim olub.



19 sentyabr – ABŞ donanması ilk dəfə “UFO” videolarının həqiqi olduğunu qəbul edib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Hadisə   Tarix  





Xəbər lenti