Keçmiş icra başçısına yeni vəzifə verildi

  10 Noyabr 2019    Oxunub : 1688
 Keçmiş icra başçısına yeni vəzifə verildi
Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazov yeni vəzifəyə təyin olunub.

Azvision.az Report-a istinadən xəbər verir ki, o, bundan sonra Gürcüstanın Pauerliftinq Federasiyasının vitse-prezidenti vəzifəsini tutacaq.
Sabiq məmur yeni vəzifəyə federasiyanın rəhbər vəzifələrinə keçirilən seçkilərdə seçilib.

Xatırladaq ki, T.Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Ötən ilin dekabrın 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.

T.Abazov öz istəyi ilə vəzifəsindən istefa verib. Bu ilin fevralın 14-də onun səlahiyyətlərinə xitam verilib.

Azvision.az

Teqlər: Gürcüstan   İcra-Başçısı