“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təsdiqləndi

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təsdiqləndi
  31 İyul 2019    Oxunub:1494
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Azvision.az xəbər verir ki, sənədə yeni (17.6-1-ci) maddə əlavə edilib.

Həmin maddədə qeyd olunub: xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu Qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən oluna bilər.

Azvision.az



Teqlər: Rüsum   Qanun   Dəyişiklik  





Xəbər lenti