Beyləqanda 2 maşın toqquşub, sürücü ölüb

Beyləqanda 2 maşın toqquşub, sürücü ölüb
  31 İyul 2019    Oxunub:1479
İyulun 30-da saat 11 radələrində Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində rayon sakinləri Vaqif Abbasovun və H.Hüseynovun idarə etdikləri “VAZ-21015” markalı avtomobillər toqquşub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, qəza nəticəsində hər iki sürücü, habelə H.Hüseynovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, V.Abbasov orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Beyləqan   Qəza  





Xəbər lenti