Arif Hacılının mühacir biznesi ifşa olundu: 197 nəfərə arayış verilib
“Partiya rəhbərliyinin böyük günahı var. Çünki şəffalığa yol vermirlər. Elan olunub ki, Arif Hacılının başqan olduğu dövrdə 197 nəfərə arayış verilib. Hətta biz Divan üzvlərinə bu 197 nəfərin kim olması barədə məlumat verilməyib. Elə ona görə də bununla bağlı partiyamı müdafiə edə bilmirəm. Özümün əmin olmadığım məsələdən başqalarını necə əmin edə bilərəm?”
Y.Sadıqlı qeyd edib ki, dəfələrlə arayışların verilməsinin dayandırılması tələbi ilə partiya rəhbərliyi qarşısında məsələ qaldırılıb: “Dəfələrlə təkif etmişik ki, bu arayışların verilməsini dayandıraq. Partiyanı bu məsələlərdən uzaq tutaq. Hətta Müsavat partiyasının müəyyən müddətə arayış verilməsinə moratorium elan etməsini təklif etmişik. Buna əks arqumet irəli sürürlər ki, partiya üzvünün arayış alma hüququ var. Bildirdik ki, heç bir üzvün hüququ partiyanın imicindən artıq deyil. Buna baxmayaraq, təklifimiz qəbul olunmadı. Biz isə çox da üzərinə gedə bilmirik. Çünki bizlərə şər ata bilərlər ki, hökumət də, siz də bu siyahını öyrənmək istəyirsiniz. Məqsədiniz nədir? Yəni bizi hökumətlə iş birliyində ittiham edə bilərlər”.
Sabiq başqan müavini etiraf edib ki, Müsavatdan arayış alıb mühacirətə gedənlərin əksəriyyətini tanımır: “Həqiqətən təzyiqə, təqibə məruz qalan insanların Müsavat partiyasından arayış almağa ehtiyacı yoxdur. Bu gün ortaya müxtəlif sənədlər çıxır. Biri 2 ay, digəri 1 ay partiyaya üzv olub və arayış alaraq ölkədən gedib. İnsanlar var ki, AKM-in aksiyalarında iştirak edirlər. Anlamaq olmur ki, bu insanlar hansı təqib, təzyiqlərə məruz qalıblar? Partiyanın 19 illik üzvü, başqan müavini, Divan üzvü olmuş şəxs kimi mən onları tanımıram”.
Y.Sadıqlı Müsavatdan arayış alıb mühacirətə gedənlərin yaratdığı AKM-in fəaliyyətini doğru hesab etmir: “Nəticələr göstərir ki, bu təşkilatın yaranması uğursuz işdir. Baxırsan ki, Avropada 200 nəfərlə tədbir keçirirlər. İnsanlarda sual yaranır ki, burada tədbir keçirəndə 200 nəfər adam toplaya bilmirsiniz, Avropada 200 nəfər müsavatçı nə edir? Şəkillərə baxırlar və deyirlər ki, bunlara nə təzyiq olub ki, çıxıb gediblər? Bununla bağlı paylaşanda sual edirlər ki, “bəy bu insanlara hansı təzyiq olub ki, onlar ölkədən çıxıb gediblər?” Açığı mənim onlara veriləcək cavabım yoxdur. Hesab edirəm ki, Müsavat burada heç nə qazanmır. Əskinə bu problem partiyaya ziyanı vurur. Bunun qarşısını mütləq almaq lazımdır. Əgər başqan seçilərmsə, ilk görəcəyim işlərdən biri bu məsələni sahmana salmaq olacaq”.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Müsavat Mühacir Biznes