Ermənistan tərəfi iyulda atəşkəsi 262 dəfə pozub

 Ermənistan tərəfi iyulda atəşkəsi 262 dəfə pozub
  31 İyul 2019    Oxunub:2317
Ermənistan silahlı qüvvələri iyul ayında atəşkəs rejimini 262 dəfə pozub.

Azvision.az -ın məlumatına görə, ayın ilk 17 günü ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub və cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.
Sonrakı günlərdə isə düşmən yenidən atəşkəsi mütəmadi pozmağa davam edib.

Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığımız monitorinqin nəticələrinə əsasən, iyul ayında erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və iriçaplı pulemyotlardan da istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.

Ay ərzində Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Atəşkəs   İyul  





Xəbər lenti