Penitensiar xidmətin yeni avtomobilləri - FOTOLAR

Penitensiar xidmətin yeni avtomobilləri -  FOTOLAR
  31 İyul 2019    Oxunub:12190
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məhkumların və həbs edilmiş şəxslərin etibarlı müşayiəti, əməkdaşların xidmət yerlərinə daşınmasının təmin edilməsi üçün nəqliyyat parkının yenilənməsi məqsədilə 39 müxtəlif təyinatlı yeni avtomobil alınıb.
Azvision.az -ın məlumatına görə, Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənovun iştirakı ilə xidmətin Mühafizə Alayında yeni alınmış avtomobillərə baxış keçirilib, onların texniki imkanları ilə tanış olunub və müvafiq tapşırıqlar verilib.



Yeni avtomobillər müvafiq xidmət sahələri üzrə çalışan və xüsusi təlim keçmiş əməkdaşlara təhkim olunub. Penitensiar xidmətin tabe qurumlarının fəaliyyətinin səmərəsini daha da yüksəltmək və avtomobil parkının mütəmadi yenilənməsi məqsədi ilə zəruri tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.









Azvision.az


Teqlər: Penitensiarxidmət   Avtomobil  





Xəbər lenti