Dövlət Agentliyində koreyalılarla görüş keçirilib
Görüş zamanı Dövlət Agentliyi ilə KOICA beynəlxalq əməkdaşlıq təşkilatı arasında uğurlu əməkdaşlıq, e-hökumət və digər sahələrdə əlaqələrin persperktivləri müzakirə olunub. Bununla yanaşı qonaqlara Dövlət Agentliyi tərəfindən elektron hökumət sahəsində görülən işlərlə bağlı təqdimat edilib.
Qonaq ölkəmizdə elektron hökumətin inkişafı və rəqəmsallaşma ilə bağlı görülən işləri yüksək qiymətləndirib. Bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Qonaq “Rəqəmsal Hökumət” təşviqat proqramının könüllüləri ilə də görüşüb.
Həmçinin “CIAT Paylaşımdır” (Capacity Improvement and Advancement for Tomorrow) müsabiqəsində KOICA proqramı məzunu Şənay Qulusoy tərəfindən Elektron Hökumətin İnkişafı Mərkəzi adından müsabiqəyə qatılan və qalib seçilən “Rəqəmsal Hökumət” təşviqat proqramı layihəsinə qrant təqdimatı ilə bağlı məlumat verilib.
Bildirib ki, bu proqramı KOICA məzunlarının Koreyada təşkil olunmuş KOICA Təlim proqramları zamanı əldə etdikləri bilik və təcrübənin Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə vermələrində dəstək olmaq məqsədi daşıyır. Proqram məzunlara öz fəaliyyət planlarını həyata keçirməkdə maliyyə dəstəyi əldə edə bilmək üçün yeni imkanlar yaradır.
Azvision.az
Teqlər: ASAN-Xidmet KOICA