İtkin düşən pilotun axtarışlarının əhatə dairəsi genişləndirilib

İtkin düşən pilotun axtarışlarının əhatə dairəsi genişləndirilib
  30 İyul 2019    Oxunub:2190
Xəzər dənizində itkin düşən pilotun axtarışlarının əhatə dairəsi genişləndirilib. Hazırda axtarış işləri daha çox şimala yönləndirilib. Həmçinin, axtarışlara yeni vasitələr cəlb olunub.
Bu barədə Azvision.az -a açıqlamasında MiQ-29 təyyarəsi ilə qəzaya uğrayaraq Xəzər dənizinə düşən pilot Rəşad Atakişiyevin qaynatası, tanınmış politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, axtarışlar yüksək səviyyədə təşkil olunub: “Yeni vasitələr cəlb olunmaqla daha sürətli axtarışlar aparılır”.

Q.Hüseynli qeyd edib ki, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən pilotun ailəsi daim diqqətdə saxlanılır.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Pilot   Axtarış   MİQ-29  





Xəbər lenti