500 konteyner və xidməti avtomobillər təqdim olundu

500 konteyner və xidməti avtomobillər təqdim olundu
  30 İyul 2019    Oxunub:2101
Naxçıvan Muxtar Respublikasına gətirilmiş 500 ədəd kommunal təyinatlı konteyner və xidməti minik avtomobillərinin təqdimatı olub.
Azvision.az -ın məlumatına görə, tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini- maliyyə naziri Səbuhi Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına əsasən kommunal müəssisələrin, bələdiyyələrin, yerli icra orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi həyata keçirilir.



S.Məmmədov yeni məişət tullantıları konteynerlərinin təqdim olunmasını da bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi dəyərləndirib, bu sahədə çalışan kollektivlərə işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, gətirilən 500 yeni konteynerdən 40-ı Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinə, qalanları isə muxtar respublikanın bütün rayon inzibati ərazi dairələri əhatə olunmaqla yerlərdə fəaliyyət göstərən kommunal müəssisələri kombinatlarına və bələdiyyələrə verilib.



Tədbirdə eyni zamanda Babək rayonunun Nehrəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyəsi, Cəhri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və Sədərək rayonunun Heydərabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə xidməti istifadə üçün yeni minik avtomobilləri təqdim edilib.

Azvision.az


Teqlər: Naxçıvan   Avtomobil  





Xəbər lenti