Sabirabadda evdən külli miqdarda pul və zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 22-də rayon ərazisindəki evlərin birindən 30800 manat pul və 5500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Rəhimli saxlanılıb.