Azərbaycan-Ermənistan sərhədində nə baş verir? - Ekspert şərhi
“Ermənistanda bəzi qüvvələr bundan ciddi narahat olmağa başlayıb. Yəqin ki, ermənilər bu cür təxribatlarla həm də Azərbaycan Silahlı Qüvvələrinin dəyişiklikdən sonrakı reflekslərini və döyüş imkanlarını yoxlamağa çalışırlar. Nəticə olaraq ordumuzun layiqli cavabı ilə bir daha silahlı qüvvələrimizin potensialı və döyüş qabiliyyəti haqqında müvafiq təsəvvür əldə edirlər. Digər tərəfdən bildiyimiz kimi, əvvəllər də Ermənistan silahlı qüvvələri mütəmadi olaraq məhz dövlət sərhəddində Azərbaycanı təxribata çəkməyə, diqqəti Qarabağ cəbhəsindən və işğal faktından yayındırmağa çalışır. Bununla da ölkəmizin təcavüzkar obrazını yaratmağa çalışırlar. Eyni zamanda Ermənistan bu cür təxribatlarla KTMT-ı münaqişəyə cəlb etmək istəyir”.
Ekspert qeyd edib ki, Ermənistan daxilində cərayan edən son siyasi proseslər fonunda hazırkı hakimiyyətin silahlı qüvvələr üzərində nəzarətinin zəifləməsi və hakimiyyətdə olan keçmiş klan üzvlərinin münaqişənin alovlanması ilə indiki hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmasını da istisna etmək olmaz.
"Hər halda Ermənistanda daxilli siyasi gərginlik və mübarizə artdıqca bu cür təxribatların daha intensiv şəkil alacağını gözləmək olar. Son insident, həmçinin onu göstərdi ki, bütün bu hadisələr erməni millətçilərinin yalnız Dağlıq Qarabağ bölgəsi ilə bağlı ərazi iddiası ilə əlaqədar deyil. Söhbət uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsindən gedir və bu, Ermənistanın Azərbaycana qarşı geniş ərazi iddialarının olduğunu təsdiqləyir, - deyə F.Çıraqov vurğulayıb.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir. Belə ki, 2019-cu ilin 28 iyul tarixində 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Cəbhə Fuad-Çıraqov Təxribat Ermənistan Atəşkəs