Mehriban Əliyeva fransalı nazirlə görüşüb - FOTOLAR (Yenilənib)
Azvision.az xəbər verir ki, əvvəlcə birgə foto çəkdirildi.
Mehriban Əliyeva Azərbaycanda son illərdə iqtisadi sahədə böyük islahatların aparıldığını qeyd etdi, əsas məqsədin iqtisadiyyatın şaxələndirilməsi olduğunu bildirdi, özəl sektorun rolunun artırılmasının zərurliyinə toxundu, bu sahədə Fransanın təcrübəsinin maraq doğurduğunu dedi.
Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Fransanın İqtisadiyyat və Maliyyə naziri ölkəmizin regionda xüsusi mövqeyə malik olduğunu vurğuladı. Brüno Lö Mer də ölkələrimizin iqtisadi əməkdaşlığının böyük potensialını qeyd etdi, Azərbaycan və Fransa şirkətləri arasında əlaqələrin daha da genişləndirilməsinin və inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı.
Görüşdə ölkələrimiz arasında qeyri-neft sektorunda həyata keçirilən layihələr, Fransa şirkətlərinin Azərbaycanın özəl qurumları ilə işgüzar əlaqələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azvision.az
Teqlər: MehribanƏliyeva Birincivitse-prezident