DYP “sarı zolağa” girən sürücüləri bağışladı

  29 İyul 2019    Oxunub : 1305
DYP “sarı zolağa” girən sürücüləri bağışladı
Ötən gündən etibarən "Bakı-2019" - XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar paytaxt yollarında tətbiq olunan "sarı zolaq" qadağası ləğv edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Azvision.az -a bildirib ki, "sarı zolaq" qadağası ilə bağlı çox az sayda sürücüyə cərimə tətbiq olunub.
"Bir neçə sürücü cərimə olunub ki, onlar idmançılar patrul maşını ilə müşaiyət olunarkən kobud şəkildə avtomobil karvanının qarşısına çıxıblar. İdmançıları aparan avtobusa yol verməyənlər cərimə olunub".

V.Əsədov qeyd edib ki, ümumlikdə isə sürücülər həmrəylik göstəriblər və qaydaları pozmayıblar: "Müəyyən səbəblərdən qaydaları pozanları bağışladıq”.

Azvision.az

Teqlər: Sarı-zolaq   DYP