28.07.2019-cu il tarixində Abşeron rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2007-ci il təvəllüdlü İbadullayev Elman Telman oğlunun axtarışları başa çatıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, E.İbadullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.