FHN əməkdaşlarının maaşı ilə bağlı qərar

 FHN əməkdaşlarının maaşı ilə bağlı qərar
  28 İyul 2019    Oxunub:12979
Baş Nazir Novruz Məmmədov "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 aprel tarixli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə bir sıra qərarlar imzalayıb.
Azvision.az xəbər verir ki, baş nazirin qərarı ilə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilib.

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərara əsasən Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar tələb olunan vəsaitlərin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Qərarda Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə müvafiq qərar qəbul etməsi tövsiyə edilib.

Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, bu Qərarda nəzərdə tutulmuş artımla əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyində xidmət etmiş hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların və onların ailə üzvlərinin əmək pensiyalarının qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hesablanmasını və "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununda bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etsin.

Azvision.az


Teqlər: FHN   Baş-Nazir   Maaş   Qərar  





Xəbər lenti