Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq konfransda
Konfransda ölkəmizi Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin rəisi Emil Mürsəliyev təmsil edib.
Tədbir iştirakçılarını salamlayan Qazaxıstan Respublikası Baş prokurorunun müavini Bulat Dembayev aktivlərin bərpası sahəsində tədbirdə iştirak edən dövlətlərin təcrübəsinin Qazaxıstan üçün böyük maraq kəsb etdiyini bildirib.
Tədbirdə çıxış edən Erkin Əlixanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə hüquq islahatları, korrupsiyaya qarşı mübarizə sahəsində aparılan institusional tədbirlər, habelə aktivlərin bərpası sahəsində ölkəmizin təcrübəsi barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Beynəlxalq konvensiya və müqavilələrdən irəli gələn öhdəlik və vəzifələrin ölkəmiz tərəfindən tam həcmdə yerinə yetirildiyini vurğulayan E.Əlixanov konfransın aktivlərin bərpası sahəsində müxtəlif ölkələrin səlahiyyətli orqanları arasında əməkdaşlıq və əlaqələrin möhkəmləndirilməsi baxımından əlverişli platforma olduğunu, cinayətkarlıq, qlobal çağırış və təhdidlərə qarşı mübarizədə beynəlxalq birliyin səylərinin səfərbər olunmasının vacibliyini xüsusi qeyd edib.
Səfər çərçivəsində Qazaxıstan, Rusiya, Belarus, BƏƏ, Çin, Qırğızıstan, Özbəkistan və Tacikistan nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilərək əməkdaşlıq məsələləri və perspektivlər müzakirə olunub.
Azvision.az
Teqlər: Baş-Prokurorluq