Sumqayıt və Salyanda oğurluq faktı

Sumqayıt və Salyanda oğurluq faktı
  27 İyul 2019    Oxunub:1335
Sumqayıt və Salyanda oğurluq edən şəxslər tutulub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 25-də “İsuzi” markalı avtomobildən 140 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Mehdiyev saxlanılıb.

Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə iyulun 17-də rayon ərazisindəki mağazaların birindən 3130 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Ərəbqardaşbəyli kənd sakini, əvvəllər məhkum olunmuş H.Zayidov tutuub.

Azvision.az







Teqlər: Sumqayıt   Salyan   Oğurluq  





Xəbər lenti