9 minədək vətəndaş DSMF-ya müraciət edib
Müraciət edənlərdən 7 min 924 nəfəri mərkəzin əməkdaşları tərəfindən qəbul edilib. 975 nəfərin müraciəti isə sorğu xarakterli olub və qeydiyyat masalarında şifahi cavablandırılıb.
Bu ilin 6 ayında DSMF-nin rəhbər vəzifəli şəxsləri və Fondun şöbələrinin əməkdaşları tərəfindən isə 8 mindən artıq vətəndaş qəbul edilib.
Vətəndaşların müraciətləri pensiya və sosial müavinət, təqaüd, avtomobil və mənzil növbəliliyi, ünvanlı dövlət sosial yardımı, sosial xidmətlər, sanator kurort yollayışları və s. ilə bağlı olub. Müraciətlər qanunvericiliyin tələblərinə uyğun cavablandırılıb. Müraciətlərdə əksini tapan məsələlər obyektiv şəkildə araşdırılaraq nəticəsi əsasında müvafiq tədbirlər görülüb.
Azvision.az
Teqlər: DSMF