“BakıKart”ın yeni növü hazırlana bilər

“BakıKart”ın yeni növü hazırlana bilər
  27 İyul 2019    Oxunub:1314
Gələn il Bakıya səyahət edənlər üçün hazırlanmış rəsmi şəhər kartı - “BakıKart”ın (“BakuCard”) turistlər üçün nəzərdə tutulan yeni növü hazırlana bilər.
Bu barədə Azvision.az -a Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov məlumat verib.

R.Bağırov bildirib ki, bu kart, əslində, yeni bir kart olmayacaq. Sadəcə, bu kartı yeni bir istiqamət üzrə istifadə etmək mümkün olacaq. “BakıKart”ın yeni növü istifadəyə verildikdə mövcud kart da istifadə ediləcək.

Mərkəz direktoru qeyd edib ki, “BakıKart” bu il aprel ayında təqdim edilib. İki ay ərzində 700-dən çox kart satılıb. Onun sözlərinə görə, turistlər daha çox 3 günlük və 1 həftəlik kartlar alırlar:

“Statistikadan görürük ki, Bakıya gələn turist minimum 3 gün, maksimum 1 həftə burada qalır. Ona görə də 1 günlük kartlar turistlər üçün çox maraq kəsb etmir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Bakıkart  





Xəbər lenti