Qətl törədən Saatlı sakini özünü öldürdü

   Qətl törədən Saatlı sakini özünü öldürdü
  27 İyul 2019    Oxunub:2077
İyulun 27-nə keçən gecə Saatlı rayonunun Bəylər kənd sakini Mübariz Həsənovun həyətinə gəlmiş həmkəndlisi Füsət Məhərrəmov münaqişə zəminində tüfəngdən açdığı atəşlə onu, evinə qayıtdıqdan sonra isə özünü öldürüb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müvafiq sənədləri olan “TOZ-63” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: Saatlı   Silah   Ölüm  





Xəbər lenti