DSX: Xəzərdə batan İran gəmisinin ekipajı xilas edilib

      DSX:    Xəzərdə batan İran gəmisinin ekipajı xilas edilib
  26 İyul 2019    Oxunub:3034
Bu gün saat 14:15-də Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
DSX-dan Azvision.az -a verilən məlumata görə, cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə gön­də­ril­ib.

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

Azvision.az


Teqlər: DSX   Xilasetmə  





Xəbər lenti