FHN qəza yerinə iki helikopter göndərdi

   FHN qəza yerinə iki helikopter göndərdi
  26 İyul 2019    Oxunub:1766
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xəzər dənizinin, Astara rayonu sahillərindən 30 km dənizə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin qəzaya uğraması barədə məlumat daxil olub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə Nazirliyin Aviasiya Dəstəsinin iki helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Azvision.az


Teqlər: FHN   Dənizdə  





Xəbər lenti